2023-10-26

Vyetnam - Azərbaycan Qida Günü - 2023

26 oktyabr 2023-cü il tarixində Hanoy Ticarət və Turizm Kolleci (Kollec) və Səfirliyin birgə təşkilatçılığı ilə “Azerbaijan – Vietnam Food Day – 2023” tədbiri təşkil olunmuşdur.

Tədbirdə ekspert qismində məşhur aşpazlar - Dünya Barbekü Assosiasiyasının vitse-prezidenti, əslən azərbaycanlı olan David Sahib İsrafilov (Don David) və Dünya Kulinariya Assosiasiyasının mavrikili hakimi Alan Payen, Vyetnam Milli Turizm İdarəsinin direktor müavini Ha Van Sieu, Vyetnam Aşpazlar Assosiasiyasının Baş katibi Nquyen Xuan Quynh, habelə parlament, media, diplomatik korpus və dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.

Azərbaycan kulinariyasının Vyetnamda tanıdılması və təbliği məqsədilə keçirilən tədbirdə qonaqlara Azərbaycandan xüsusi olaraq gətirilmiş milli mətbəximizin ləziz təamlarından dolma, plov, kabab təqdim olunmuşdur. Tədbir zamanı həmçinin Kollecin tələbə və müəllimlərindən ibarət 5 komanda arasında barbekü yarışı keçirilmişdir.

Tədbir Vyetnam mediası tərəfindən böyük maraqla qarşılanmış, aparıcı TV kanallarda, habelə 10-dan çox xəbər agentliyinin internet səhifəsində tədbirlə bağlı məlumat yer almışdır.

 

Arxiv üzrə axtarış