Azərbaycan-Laos münasibətləri
Qısa tarixi məlumat:
Azərbaycan ilə Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər 22 may 1995-ci ildə qurulmuşdur. 23 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının Vyetnam Sosialist
Respublikasında fövqəladə və səlahiyyətli səfiri A.L.İmanov iqamətgahı Hanoy şəhərində olmaqla, eyni zamanda Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan-Laos münasibətləri
Qısa tarix:
Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər 22 may 1995-ci ildə qurulmuşdur.
23 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri Anar Laçın oğlu İmanov iqamətgahı Hanoy şəhərində olmaqla Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunmuşdur.
Laosun Xarici İşlər Naziri cənab Saleumxay Kommasithin 18-20 iyun 2017-ci il tarixlərində Azərbaycan Respublikasına və Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun 15-16 sentyabr 2017-ci il tarixlərində Laos Xalq Demokratik Respublikasına rəsmi səfərləri iki ölkə arasındakı əlaqələrin inkişafına güclü təkan vermişdir.
Digər səfərlər:
28 fevral-1 mart 2018-ci ildə Azərbaycan Respublikası Birinci Vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti Laos Xalq Demokratik Respublikasında rəsmi səfərdə olmuşdur.
20-22 may 2018-ci ildə Laos Xalq İnqilabı Partiyasının Mərkəzi Komitəsinin üzvü, Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının Sədri xanım Sountone Sayaçakın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.
14-16 mart 2019-cu ildə Bakı şəhərində keçirilən VII Qlobal Bakı Forumunda iştirak etmək üçün Laos Xalq Demokratik Respublikası Xarici İşlər Nazirinin müavini xanım Khamphao Ernthavanhnın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.
Müqavilə-hüquq bazası:
1.“Diplomatik və rəsmi pasportlara malik şəxslərin vizadan azad olunması haqqında Saziş”;
- “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Laos Xalq Demokratik Respublikası Xarici İşlər Nazirliyi arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandumu".