2023-05-02

2 may 2023-cü il tarixində, Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin tikinti işləri üzrə katib müavini Nuqen Çonq Çunq Azərbaycanda səfərdə olarkən, universitetin beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva tərəfindən qəbul olunub

Prorektor son əcnəbi tələbələr üçün yaradılan şəraitdən, tədris dilinin və ümumilikdə tədrisin beynəlmiləlləşdirilməsi istiqamətində aparılan işlərdən danışıb.

Nuqen Çonq Çunq Universitetdə aldığı təhsilin onun şəxsi inkişafında, iş həyatında önəmli rolunu vurğulayaraq Vyetnam memarlığına verdiyi töhfələrdən bəhs edib.

Arxiv üzrə axtarış