2016-11-23

Cari ilin 23 noyabr tairixndə iqamətgahı Hanoy şəhərində olmaqla Azərbaycan Respublikasının Kamboca Krallığına akkreditə olunmuş səfiri Anar İmanov bu ölkənin Mədən və Enerji Naziri Suy Sem ilə görüş keçirmişdir.

Görüş zamanı Səfir Anar İmanov, 21 – 23 aprel 2014-cü il tarixində Kamboca Krallığının Baş Naziri Hun Senin ölkəmizə rəsmi səfərinin Azərbaycan və Kamboca arasında geniş əməkdaşlıq imkanlarına malik olan münasibətlərin inkişaf etidirlməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamışdır. Səfir qeyd olunan səfər zamanı müxtəlif sahələr üzrə, o cümlədən enerji sahəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd etmişdir.     

Öz növbəsində Nazir Suy Sem Azərbaycanla Kamboca arasında enerji sahəsində əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi üçün enerji sahəsində ixtisaslaşmış Azərbaycan şirkətlərini ölkəsində qəbul etməyə hazır olduqlarını bildirmiş və bunun qarşılıqlı faydalı olacağını söyləmişdir. Nazir Azərbaycan şirkətlərini Kambocanın neft yataqlarının işlənilməsinə dəvət etdiyini bildirmişdir.

Görüş zamanı Azərbaycan və Kamboca arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı olan zəruri tədbirlər barədə fikir mübadiləsi aparılmışdır. 

Arxiv üzrə axtarış