Azərbaycan-Laos münasibətləri
Azərbaycan Respublikası və Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər 22 may 1995-ci ildə qurulmuşdur.
Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi iqamətgahı Hanoy şəhərində olmaqla, eyni zamanda, Laos Xalq Demokratik Respublikasında akkreditə olunmuşdur. Laos Xalq Demokratik Respublikasının Moskvadakı səfirliyi, eyni zamanda, Azərbaycan Respublikasında akkreditə olunmuşdur.
Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr:
8-9 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Laos Xalq Demokratik Respublikasında səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan-Laos Xarici İşlər Nazirlikləri arasında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Laos xarici işlər nazirinin müavini Maytonq Tammavonqsanın həmsədrliyi ilə ilk siyasi məsləhətləşmələr keçirilmişdir.
Parlamentlərarası əlaqələr
2021-ci ilin iyun ayında Laos Xalq Demokratik Respublikasının Milli Assambleyasında Asiya dövlətlərinin Qərb regionu üzrə (Azərbaycan da daxil olmaqla) Parlamentlərarası dostluq qrupu yaradılmışdır. Qrupun rəhbəri Hamfenq Vilafandır (Khampheng Vilaphan).
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları ilə):
|
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
|
2023 |
217.42 |
- |
217.42 |
|
2024 |
234.01 |
- |
234.01 |
|
2025 (Yanvar-Sentyabr) |
265.32 |
- |
265.32 |
Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi