Notary acts
Notarial aktlar
Konsulluq aşağıdakı notariat əməliyyatlarını aparır:
1) Azərbaycan Respublikası ərazisində olan yaşayış evlərinin girov qoyulması və özgəninkiləşdirilməsi hallarına aid olan müqavilələr istisna olmaqla əqdləri (müqavilələri, vəsatətləri) təsdiq edir;
2) miras əmlakın qorunması üçün tədbirlər görür;
3) vərəsəlik hüququ haqqında şəhadətnamə verir;
4) ər-arvadın ümumi əmlakından paya mülkiyyət hüququ haqqında şəhadətnamə verir;
5) sənədlərin surətlərinin və onlardan çıxarışların düzgünlüyünü təsdiq edir;
6) sənədlərdəki imzanın həqiqiliyini təsdiq edir;
7) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;
8) vətəndaşın sağ olması faktını təsdiq edir;
9) vətəndaşın müəyyən yerdə olması faktını təsdiq edir;
10) vətəndaşla fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;
11) sənədlərin təqdim edilmə vaxtını təsdiq edir;
12) pul vəsaitini və qiymətli kağızları depozitə qəbul edir;
13) icra qeydləri aparır;
14) sənədləri saxlamaq üçün qəbul edir;
15) sübutlar gətirilməsini təmin edir;
16) dəniz protestləri verir.