Azərbaycan-Kamboca münasibətləri

Azərbaycan-Kamboca münasibətləri

 

Qısa tarix:

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında diplomatik münasibətlər 28 dekabr 1994-cü ildə qurulmuşdur.

23 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri Anar Laçın oğlu İmanov iqamətgahı Hanoy şəhərində olmaqla Kamboca Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunmuşdur. 12 aprel 2014-cü ildə Azərbaycan Respublikasının Kamboca Krallığındakı səfiri A.İmanov etimadnaməsini Kambocanın Kralı əlahəzrət Norodom Sihamoniyə təqdim etmişdir.

Kamboca Krallığının Baş Naziri Hun Senin 21-23 aprel 2014-cü il tarixlərində  Azərbaycan Respublikasına rəsmi səfəri dövlətlərarası münasibətlərin bütün spektri üzrə iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə vermişdir.

Digər səfərlər:

13-15 mart 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə siyasi məsləhətləşmələrinin aparılması məqsədilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini cənab Ramiz Həsənov Kambocada rəsmi səfərdə olmuşdur.

Müqavilə-hüquq bazası:

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumu”.

Arxiv üzrə axtarış