2024-09-03

Subaylıq haqqında arayışın verilməsi

Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən göstərilən konsulluq xidmətləri üçün öncədən vaxt təyin etmək məqsədilə Elektron Növbə Portalından istifadə edilməlidir. Müraciət edən şəxslər növbəni appointment.mfa.gov.az internet səhifəsi vasitəsilə təyin edə bilərlər.

Qeyd: Növbələr bir şəxs üçün nəzərdə tutulub və göstəriləcək xidmətə uyğun olaraq təyin edilməlidir.


Azərbaycan Respublikasının orqanlarından müvafiq arayışla əlaqədar sorğu Səfirliyin Konsulluq bölməsi vasitəsilə həyata keçirilir. 

Subaylıq haqqında arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

  1. Vətəndaşın ərizəsi;
  2. Ərizəçinin şəxsiyyətini təsdiq edən, etibarlıq müddəti bitməmiş sənədlərin (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi) surəti;
  3. Səfirliyin bank hesabına 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz.

Qeyd: Əvvələr nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni və ya ərin (arvadın) ölüm şəhadətnaməsini, yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvəyyə minmiş qətnaməsini və ya ondan çıxarışı təqdim etməlidirlər.

 

Səfirliyin Konsulluq bölməsinin bank rekvizitləri:

Embassy’s consular account: 0011374219451

Name: EMBASSY OF AZERBAIJAN

Swift: BFTVVNVX

Bank: Vietcombank

 

Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur.

Arxiv üzrə axtarış