Ümumi məlumat
Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən göstərilən konsulluq xidmətləri üçün öncədən vaxt təyin etmək məqsədilə Elektron Növbə Portalından istifadə edilməlidir. Müraciət edən şəxslər növbəni appointment.mfa.gov.az internet səhifəsi vasitəsilə təyin edə bilərlər.
Qeyd: Növbələr bir şəxs üçün nəzərdə tutulub və göstəriləcək xidmətə uyğun olaraq təyin edilməlidir.
Ünvan: 6A Le Honq Fonq küçəsi,
Ba Dinh rayonu, Hanoy, Vyetnam
Tel.: +84 24 3737 90 11/12
Elektron poçt: hanoi@mission.mfa.gov.az
Səfirliyin Konsulluq bölməsinin bank rekvizitləri:
Embassy’s consular account: 0011374219451
Name: EMBASSY OF AZERBAIJAN
Swift: BFTVVNVX
Bank: Vietcombank
Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.