Ümumi məlumat
Səfirliyin Konsulluq şöbəsi çərşənbə axşamı və cümə axşamı saat 10:00-dan 12:00-dək açıqdır.
Ünvan: 6A Le Honq Fonq küçəsi,
Ba Din rayonu, Hanoy, Vyetnam
Tel.: +84 24 3737 90 11/12
Elektron poçt: hanoi@mission.mfa.gov.az (Müvafiq müraciətlər bu elektron poçt ünvanına göndərilə bilər)
Səfirliyin Konsulluq bölməsinin bank rekvizitləri:
Embassy’s consular account: 0011374219451
Name: EMBASSY OF AZERBAIJAN
Swift: BFTVVNVX
Bank: Vietcombank
Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.
Diqqət!: Vətəndaşın şəxsi iştirakı ilə həyata keçirilən konsulluq əməliyyatları (ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi, etibarnamələrin verilməsi və sair) əvvəlcədən hanoi@mission.mfa.gov.az elektron ünvanına yazaraq görüş vaxtı təyin olunmaqla Səfirliyin Konsulluq bölməsində aparılır.