2023-05-09

9-13 may 2023-cü il tarixlərində “Azərbaycanda Qadın sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin İdarə heyətinin sədri Sakinə Babayevanın rəhbərliyi ilə Assosiasiya üzvlərindən ibarət nümayəndə heyətinin Vyetnama işgüzar səfəri təşkil olunmuşdur

2023-cü ilin 9-13 may tarixlərində “Azərbaycanda Qadın sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin İdarə heyətinin sədri Sakinə Babayevanın rəhbərliyi ilə Assosiasiya üzvlərindən ibarət nümayəndə heyətinin Vyetnama işgüzar səfəri təşkil olunmuşdur.

9 may tarixində Vyetnam Ticarət və Sənaye Palatasında iki ölkənin qadın biznes assosiasiyaları arasında görüş və Azərbaycan-Vyetnam diplomatik münasibətlərin qurulmasından sonra qadın iş adamları arasında ilk Biznes Forum keçirilmişdir.

Həmçinin səfər çərçivəsində, AQSİA-nın nümayəndə heyəti “Vyetnam Qadınları Muzeyi”ni ziyarət etmiş, qeyd olunan muzeyin direktoru xanım Nguyen Thi Bich Van ilə görüş keçirmişdir.

Arxiv üzrə axtarış