2021-05-10

Vyetnamın ən tanınmış rəssamlarından biri xanım Van Duong Thanh çəkdiyi Ulu Öndər Heydər Əliyevin portretini Səfirliyimizə hədiyyə etmişdir.

Cari ilin 10 may tarixində Azərbaycan Respublikasının  Vyetnam Sosialist Respublikasındakı  Səfirliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı tədbir keçirmişdir. Tədbir zamanı Vyetnamın ən tanınmış rəssamı  xanım Van Duong Thanh  Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin çəkdiyi portretini səfirliyə  hədiyə etmişdir.  Vyetnam və İsveçdə yaşayan xanım  Van Duong Thanhın rəsm əsərləri dünyanın  müxtəlif muzeylərində nümayiş etdirilir. Vyetnama səfər etmiş bir sıra   dövlət rəhbərlərinə, o cümlədən   Amerika Birləşmiş Ştatlarının Prezidentləri Bil Klinton və Barak Obamayə məhz Van Duong Thanhın rəsm əsərləri hədiyyə olunmuşdur.

Tədbirdə xanım Van Duong Thanh Azərbaycan Səfirliyi ilə son illərdə dostluq əlaqələrinin qurduğunu məmnuniyyətlə qeyd edərək, Heydər Əliyevin Azərbaycanın tarixində oynadığı rolundan öyrənib təsirləndiyini vurğulamışdır. O,  Heydər Əliyevin Vyetnamın ağır günlərində  dəstək göstərdiyini bildirmiş, Vyetnam müharibəsindən sonra ölkəyə səfər edən ilk yüksək səviyyəli Sovet nümayəndə heyətinə rəhbərlik etdiyini diqqətə çatdırmışdır. Van Duong Thanh Heydər Əliyevin rəsmini çəkmək barədə qərar almasını onun siyasi fəaliyyətindən, o cümlədən Vyetnama dostcasına yanaşmasından irəli gəldiyindən bildirmişdir. Xanım Van Duong Thanh rəsm üzərində çalışarkən Heydər Əliyevin şəxsiyyətindən, ölkəsinə və xalqına olan məhəbbətindən, simasında olan zəhm və nur ilə ilhamlandığını vurğulamışdır.       

Səfir Anar İmanov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın tarixində oynadığı  müstəsna rolundan söhbət açmış,  Ulu Öndər ən ağır zamanda xalq tərəfindən ölkə rəhbərliyinə dəvət edilərək xalqımızı böyük bəladan qurtardığını bildirmişdir. O, Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrünün xalqımızın dövlət müstəqilliyinin əldə edilməsi, habelə ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixi olduğunu xüsusi vurğulamışdır.

Səfir Anar İmanov dünyada cərəyan edən siyasi proseslərə və müxtəlif güclərin maraqlarına tam bələd, həmçinin dərin zəka, siyasi uzaqgörənlik və polad məntiqə malik xalqımızın Ümummilli Lideri Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyin bərpa olunduğunu, həmçinin ölkəmizin dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiyanı işlənib hazırlandığını bildirmişdir. Bununla əlaqədar A.İmanov müasir dövlətimizin banisi Heydər Əliyevin müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən xilas edərək ölkəmizə sabitlik, xalqımıza isə firavanlığı qazandırdığını əlavə etmişdir.

Həmçinin səfir hazırkı yüksək səviyyəli Azərbaycan-Vyetnam dostluq münasibətlərinin bünövrəsinin məhz Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə qoyulduğunu xatırlatmışdır.

Çıxışı əsnasında səfir Anar imanov Ulu Öndər tərəfindən təməli qoyulan siyasətin bu gündə onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafının təmin olunduğunu və Cənub Qafqaz bölgəsinin lider dövlətinə çevrildiyini bildirmişdir. Bu xüsusda səfir Anar İmanov İkinci Qarabağ müharibəsində şanlı ordumuzun Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında qələbə qazandığını və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini bildirmişdir. Səfir Azərbaycanın bu qələbə ilə bölgədə yeni reallıq yaratdığını vurğulayaraq bu qələbənin təməlinin 15 iyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə dönüşü ilə qoyulduğunu bildirmişdir.

 

Arxiv üzrə axtarış