2019-03-11
11 mart 2019-cu il tarixində cənab Ramiz Həsənov ilə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Vyetnam tərəfindən həmsədri, Sənaye və Ticarət Naziri Tran Tuan Anh arasinda görüş keçirilmişdir
Görüşdə tərəflər münasibətlərin bütün spektri üzrə ələqalərin mövcud vəziyyətini müzakirə edərək, çoxşahəli əməkdaşlığın genişləndirilməsinə dair fikirləri ilə bölüşmüşlər. Həmçinin tərəflər Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası çərçivəsində keçirilən son iki görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsi uchun atılması zəruri hesab olunan əməli addımlar ətrafında fikir mübadiləsini aparmışlar.