Laos Xalq Demokratik Respublikasına səfəri zaman Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfiri Anar İmanov 30 noyabr 2017-ci il tarixində Laosun Ticarət və Sənaye Palatasının icraçı vitse-prezidenti Daovone Phachanthavong ilə görüş keçirmişdir.
Görüşdə Azərbaycan ilə Laosun iş adamları arasında sıx əlaqələrin qurulub inkişaf etdirilməsi ilə bağlı görülməsi zəruri olan tədbirlərə dair fikir mübadiləsi aparılmışdır.