2017-09-26

Vyetnamın keçmiş Prezidenti Çıonq Tan Şanq Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Bakı Dövlət Universitetinin Rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Rektoru Mustafa Babanlı, nazirliyin və qeyd olunan universitetlərin əməkdaşlarndan ibarət nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Azərbaycan və Vyetnam arasında tarixi dostluq münasibətlərindən söhbət açan Çıonq Tan Şanq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi Vyetnam xalqının böyük dostu adlandırmışdır. O Heydər Əliyevin 1983-cü ildə Sovet İttifaqının Nazirlər Şurası sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə Vyetnama səfər etdikdən sonra şəxsən ulu öndərin imzasıyla Vyetnama dövlət səviyyəsində böyük həcimli dəstəyin göstərildiyi haqqında məlumatı olduğunu bildirmişdir. Çıonq Tan Şanq eləcə də Azərbaycan xalqının Vyetnamın ağır günlərində yardımını heç bir zaman unutmadıqlarını bildirmiş və bir daha dost Azərbaycan xalqına minnətdarlığını ifadə etmişdir. Çıonq Tan Şanq müasir dövrdə Azərbaycanla Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnununluğunu ifadə etmiş, xüsusilə 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama dövlət səfərinin və 2015-ci ildə özünün Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyduğunu vurğulamışdır. O, iki ölkə arasında əlaqələrin inkişafına hər zaman dəstək verməyə hazır olduğunu bildirmişdir.

Firudin Qurbanov nümayəndə heyətini qəbul etdiyinə və ölkəmiz haqqında səsləndirdiyi xoş fikirlərə görə Çıonq Tan Şanqa təşəkkürünü bildirmişdir. Nazir müavini 20-ci əsrdə böyük müharibələrlə üzləşmiş Vyetnam xalqının qəhrəmanlıq nümunəsinə çevrildiyini qeyd etmiş, vyetnamlıların dünyada çox zəhmətkeş, vətənpərvər xalq kimi tanındığını vurğulamışdır. Daha sonra Firudin Qurbanov, Azərbaycanla Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş 2-ci Vyetnam-Azərbaycan Dostluq Forumunun uğurla keçdiyini qeyd etmiş, həmçinin vyetnamlı həmkarı Fam Man Hunq ilə görüşdüyünü və təhsil sahəsində əməkdaşlığa dair fikir mübadiləsini apardıqlarını bildirmişdir. Nazir müavini qeyd olunanlarla yanaşı səfər çərçivəsində Bakı Dövlət Universiteti ilə Ho Chi Minh şəhəri Vyetnam Dövlət Universiteti arasında Analaşma Memorandumu imzalandığını diqqətə çatdırmış və qeyd olunan görüşlərin, eləcə də dostluq forumunun ölkələrimiz arasında əməkdaşığa töfhə verəcəyindən əminliyini ifadə etmişdir. 

Arxiv üzrə axtarış