2016-11-30

30 Noyabr 2016-cı il tarixində iqamətgahı Hanoy şəhərində olmaqla Azərbaycanın Laos Xalq Demokratik Respublikasına akkreditə olunmuş səfiri Anar İmanov Laos Milli Universitetinin Prezidenti Somsy Ngorphansay ilə görüş keçirmişdir.

Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq, o cümlədən Laos Milli Universitetləri ilə Azərbaycan Universitetləri arasında əlaqələrin qurulmasına dair müzakirə aparılmışdır.

Görüş zamanı Səfir iki ölkə arasında tarixən təhsil sahəsində əməkdaşlığın mövcud olduğunu, çoxlu sayda laoslu tələbənin vaxtilə Azərbaycanda təhsil aldığını və hazırda onların bu ölkənin dövlət və özəl sektorlarında müxtəlif vəzifələrdə çalışdıqlarını vurğulamışdır. Səfir bu ənənənin davam etdirilməsinin arzu olunduğunu qeyd etmiş və bu xüsusda iki ölkənin universitetləri arasında əlaqələrin qurulmasının böyük əhəmiyyət kəsb etdiyini söyləmişdir. Daha sonra Səfir hazırda Aəzrbaycanda təhsil imkanları barədə həmsöhbətinə məlumat vermişdir.

Somsy Ngorphansay Laos Milli Universitetinin xarici universitetlərlə əməkdaşlığını genişləndirdiyini və Azərbaycan universitetləri ilə də əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulamışdır. O, Laos Milli Universitetində 21 min tələbənin təhsil aldğını, 12 fakültənin fəaliyyət göstərdiyini və  xarici ölkələrinin 100-dən artıq universiteti ilə əməkdaşlıq qurulduğunu diqqətə çatdırmışdır. Somsy Ngorphansay, xüsusilə ölkələrimiz arasında mövcud olmuş uğurlu ənənənin bu sahədə müasir dövrdə də əməkdaşlığın perspektivli olacağına inamı artırdığını vurğulamışdır.

Daha sonra görüş zamanı təqaüd proqramları, təlim kursları, Azərbaycan və Laos dilinin hər iki ölkə universitetlərində tədrisiilə bağlı fikir mübadiləsi aparılmış və Universitetlə Səfirliyin görüş zamanı müzakirə olunmuş məsələlərin həyata keçirilməsi istiqamətində əməkdaşlığı davam etdirməsi barədə razılığa gəlinmişdir.

Arxiv üzrə axtarış