2016-11-29

29 Noyabr 2016-cı il tarixində iqamətgahı Hanoy şəhərində olmaqla Azərbaycanın Laos Xalq Demokratik Respublikasına akkreditə olunmuş səfiri Anar İmanov bu ölkənin Təhsil və İdman Naziri ilə görüş keçirmişdir.

Görüş zamanı keçmişdə çoxlu sayda Laoslu tələbinin Azərbaycanda təhsil aldığı qeyd olunmuş və bu ənənənin davam etdirilməsinin vacibliyi vurğulanmışdır. İdman sahəsində əməkdaşlıqdan bəhs edən tərəflər qarşılıqlı təcrübə mübadiləsinin faydalı olacağını qeyd etmişlər.  

Arxiv üzrə axtarış