2016-02-26

26 fevral tarixində Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə Hanoy şəhərində Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən “Xocalı Soyqırımı. Bügünə ismarıc.” mövzusunda konfrans keçirilmişdir.

Cari ilin 26 fevral tarixində Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə Hanoy şəhərində Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən “Xocalı Soyqırımı. Bügünə ismarıc.” mövzusunda konfrans keçirilmişdir. Konfransda Vyetnam Xarici İşlər Nazirliyinin, Kommunist Partiyasının, Parlamentinin, Müdafiə Nazirliyinin digər dövlət qurumlarının rəsmiləri, alimlər, Vyetnamın bir sıra ali təhsil ocaqlarının rəhbərləri, müəllimləri, gənc tədqiqatçıları və tələbələri, Hanoyda fəaliyyət göstərən diplomatik korpusun üzvləri, media nümayəndələri iştirak etmişdir. 

Tədbiri giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Xocalı soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Səfir, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Ermənistan silahlı qüvvələri tərəfindən çoxlu sayda insanlığa qarşı cinayətlərin törədildiyini, bunlardan xüsusi qəddarlıqla törədilən cinayətin məhz Xocalının dinc əhalisinə qarşı törədilmiş soyqırımı olduğunu vurğulamışdır. Səfir, Ermənistanın əsassız ərazi iddiaları nəticəsində Azərbaycanın 20 faiz torpalarının işğal olunduğunu və bir milyondan artıq Azərbaycan əhalisinin qaçqın və məcburi köçkün halına düşdüyünü bildirmişdir. Səfir, beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Xocalı soyqırımının törədilməsində birbaşa günahkar olan Ermənistan dövlətinin və onun hazırkı rəhbərliyinin cəzalandırılmasıyla bağlı beynəlxalq təşkilatların və beynəlxalq ictimaiyyətin qətiyyətli mövqe ortaya qoymasının vacibliyini vurğulamışdır.   

Çıxışdan sonra xocalı soyqırımına həsr olunmuş video nümayiş etdirilmiş və tədbir işirakçıları xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Konfrans zamanı çıxış edən Vyetnam Sosial Elmlər Akademiyasının İnsan Hüquqları İnstitunun Direktoru Prof. Luong Dinh Hai Xocalıda eləcə də dünyanın başqa yerlərində baş vermiş soyqırımı cinayətlərinin pislənməsi ilə yanaşı, insanlığa qarşı törədilmiş bu cinayətlərdə günahkar olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini vurğulamışdır. O, soyqırımı cinayətinin pislənməsinin və cinayətkarların cəzalandırlımasının tək bugün üçün deyil gələcək nəsillər üçün çox vacib ismarıc olduğunu qeyd etmiş və bugünə kimi baş vermiş soyqırımı cinayətlərindən nəticə çıxarmağın, insanlıq əleyhinə cinayətlərin qarşısının alınması yollarının müəyyənləşdirilməsinin zəruri olduğunu söyləmişdir.   

Konfransda həmçinin Türkiyənin Vyetnamdakı Səfiri Akif Ayhan çıxış etmişdir. O, Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən işğalı zamanı törədilmiş Xocalı qətliamı ilə bağlı Türkiyənin qardaş ölkə olaraq Azərbaycanın kədərini bölüşdüyünü bildirmiş və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında, eləcədə suverenliyinin qorunmasında Türkəyinin hərzaman Azərbaycanın yanında olduğunu vurğulamışdır.

Daha sonra çıxış edən Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin Direktoru, Vyetnam Kommunist Partiyasının mətbu orqanının baş redaktoru  Dr. Dao Xuan Tien tarixi-mədəni köklərə malik olan və sülh-sevər Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı ilə bağlı kədəri bölüşdüklərini bildirmişdir. O, insanların təməl hüququ olan yaşamaq hüququnun Xocalı qətliamı nəticəsində kütləvi şəkildə və kobudcasına pozulduğunu qeyd etmiş və insanlıq əleyhinə olan cinayətlərin qarşının alınmasının, bu cinayətlərdə təqsirli olan şəxslərin cəzalandırılmasının tək bir ölkənin deyil ümumilikdə beynəlxalq aləmin üzrəinə düşən vəzifə olduğunu vurğulamışdır.

Tədbir zamanı Hanoy Hüquq Universitetinin Dövlət İdarəçiliyi Fakültəsinin dekanı Prof. Thai Vinh Thang keçmişdə Xocalıda eləcədə digər ölkələrində baş vermiş soyqırımı cinayətlərini qarşısının alınmaması və günahkarların məsuliyyətə cəlb olunmaması səbəbindən hazırda dünyanın müxtəlif yerlərində, xüsusilə yaxın şərqdə insanlığa qarşı cinayətlərin hələdə törədildiyini vurğulamışdır.

Konfransda çıxış edən Dövlət və Hüquq İnstitun Direktoru Prof. Dr. Ha Thi Mai Hien “Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırlması haqqında BMT Konvensiyası”na, eləcə də digər beynəlxalq konvensiyalara əsasən Xocalıda baş vermiş qətliamın soyqırımı cinayət olduğunu və buna görə məsuliyyət daşıyanların beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmalı olduqlarını vurğulamışdır. O, çıxışında soyqırımı cinayətlərinə görə günahkar şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı mövcud beynəlxalq mexanizmlər, müvafiq beynəlxalq konvensiyalar barədə məlumat vermişdir.

Konfrans zamanı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Diplomatiya Aləmi jurnalının Xocalı Soyqırımına həsr olunmuş xüsusi buraxılışı, eləcə də Səfirlik tərəfindən Vyetnam dilində nəşr olunmuş Xocalı Soyqırımı və Erməni Terroru kitabları tədbir iştirakçılarına paylanmışdır.

Konfrans zamanı həmçinin Səfirlik tərəfindən hazırlanmış Vyetnam və ingilis dilindəwww.karabakh.vnsaytının təqdimatı keçirilmişdir. Saytda Ermənistanın Azərbaycana qarşı təcavüzü habelə Xocalı soyqırımının tarixi, faciə barədə müstəqil mənbələrə istinadlar, beynəlxalq mediada dərc olunmuş materiallar, hadisə şahidlərinin ifadələri, soyqırımı qurbanları barədə məhkəmə-tibbi ekspertizasının rəyləri, faciəni əks etdirən şəkillər əksini tapmışdır.   

Arxiv üzrə axtarış