2015-06-02

Vyetnam Elmlər Akademiyasında Azərbaycanın Vyetnamdakı səfiri A. İmanovun “Azərbaycanın müasir tarixi: çağırışlar və nailiyyətlər” mövzusunda mühazirəsi keçirilmişdir

Cariilin 2 iyun tarixində Vyetnam Elmlər Akademiyasında Azərbaycanın Vyetnamdakı səfiri A. İmanovun “Azərbaycanın müasir tarixi: çağırışlar və nailiyyətlər”mövzusundamühazirəsi keçirilmişdir. Tədbirdə Elmlər Akademiyasının İnsan Araşdırmaları İnstitutu və Avropa Araşdırmaları İnstitunun rəhbərliyi, elmi işçiləri, gənc tədqiqatçıları iştirak etmişdir.   

Səfir Anar İmanov, mühazirəsində Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi, 20 yanvar faciəsi, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin hakimiyyətə gəlişi, ulu öndərin rəhbərliyi altında Azərbaycanın müasir dövlətçiliyinin, sosial-iqtisadi inkişafının əsasının qoyulması, cənab Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Səfir həmçinin, ölkəmizin iştirakı ilə həyata keçirilən enerji və infrastruktur layihələri barədə söhbət açmış, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələrin regionun inkişafında, Avropanın enerji təhlükəsizliynin təmin olunmasındakı rolundan danışnmışdır. Səfir son illər ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyini, 2012-2013-cü illər üzrə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü seçildiyini, ölkəmizin beynəlxlaq əhəmiyyətli mötəbər tədbirlərə ev sahibliyi etdiyini vurğulamışdır. Səfir cari ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək ilk Avropa oyunları barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Qeyd olunanlarla yanaşı, səfir mühazirəsində Azərbaycan-Vyetnam münasibətlərindən də bəhs etmiş, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahədə əməkdaşlığın inkişaf etdiyini bildirmiş və son bir ildə Azərbaycan və Vyetnam Prezidentlərinin qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyini vurğulamışdır.

Mühazirə zamanı Azərbaycanın müasir tarxinin müxtəlif dövrlərindən bəhs edən video çarxlar, həmçinin birinci Avropa oyunları barədə video nümayiş etdirilmişdir. Daha sonra səfir A. İmanov tədbir iştirakçılarını suallarını cavablandırmışdır.

Tədbir iştirakçılarına Səfirlik tərəfindən Vyetnam dilində nəşr olunmuş kitablar təqdim olunmuşdur.


 

Arxiv üzrə axtarış