Azərbaycan-Kamboca münasibətləri
Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası və Kamboca Krallığı arasında diplomatik münasibətlər 28 dekabr 1994-cü ildə qurulmuşdur.
Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi iqamətgahı Hanoy şəhərində olmaqla, eyni zamanda, Kamboca Krallığında akkreditə olunub. Kamboca Krallığının Ankaradakı Səfirliyi, eyni zamanda, Azərbaycan Respublikasında akkreditə olunmuşdur.
Azərbaycan Respublikası və Kamboca Krallığının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin birinci raundu 21-23 aprel 2014-cü il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Ramiz Həsənov və Kamboca Krallığının Baş naziri Hun Senin sədrliyi ilə keçirilmişdir.
Siyasi məsləhətləşmələrin ikinci raundu 13-15 mart 2019-cu il tarixlərində Pnompen şəhərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Ramiz Həsənov və Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Uç Boritin sədrliyi ilə təşkil olunmuşdur.
Siyasi məsləhətləşmələrin üçüncü raundu 01 iyun 2022-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov və Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi (nazir müavini) Çem Vidyanın sədrliyi ilə keçirilmişdir.
Siyasi məsləhətləşmələrin dördüncü raundu 21 iyul 2025-ci il tarixində Pnompen şəhərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov və Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi (nazir müavini) Khuon Phon Rattanakın həmsədrliyi ilə keçirilmişdir.
Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri
- 21-23 aprel 2014-cü il tarixlərində Kamboca Krallığının Baş naziri Hun Sen Azərbaycana səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Kamboca Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Şahin Seyidzadədir.
Kamboca Krallığı Milli Assambleyasında Kamboca-Azərbaycan Parlament Dostluq Qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Suos Yaradır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları ilə):
|
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
|
2023 |
5 524.63 |
2.34 |
5 522.29 |
|
2024 |
10 249.37 |
905 |
9 344.37 |
|
2025 (Yanvar-Sentyabr) |
9 068.62 |
- |
9 068.62 |
Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi