Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunlarını özündə birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası, təşkilatın üzvlərinin vəsaitləri hesabına alınmış 10000 tibb maskasını Azərbaycana hədiyyə etmişdir.

12 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir

8 dekabr 2019-cu il tarixində Azərbaycanın Vyetnamdakı Səfirliyi Hanoy şəhərində Vyetnam Sosialist Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş "Beynəlxalq Qida Festivalı" adlı xeyriyyə yarmarkasında iştirak etmişdir.

7 dekabr 2019-cu il tarixində Hanoy şəhərində VOV Tele-radio Holdinginin binasında Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi, Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi və “Vyetnamın Səsi” (“Voice of Vietnam” - VOV) Tele-radio Holdinginin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə tədbir keçirilmişdir.

28 may 2019-cu ildə Hanoy şəhərində Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən rəsmi qəbul keçirilmişdir.

10 may 2019-cu ildə Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən Hanoy şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilmişdir.

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə 12 mart 2019-cu il tarixində Hanoy şəhərində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi və Vyetnam Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan və Vyetnam diplomatiyası: Paralellər, inkişaf, dövlət quruculuğunda rolu” mövzusunda konfrans keçirilmişdir.

11 yanvar 2019-cu il tarixində Hanoy şəhərində Azərbaycanın Vyetnamdakı Səfirliyi və Vyetnam Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan ilə tanışlıq-2019” adlı tədbir keçirilmişdir.

17 oktyabr 2018-ci il tarixində Vyetnamın Ha Giang əyalətinin Giap Trung qəsəbəsində yeni ibtidai məktəbin inşasının yekunlaşdırılmasına həsr olunmuş rəsmi mərasim keçirilmişdir. Məktəbin inşa layihəsi Azərbaycan Respublikasının Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Hanoy şəhərində rəsmi qəbul keçirilmişdir.

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyi münasibətilə Vyetnamda keçirilən silsilə tədbirlər çərçivəsində 24 may 2018-ci il tarixində Hanoy şəhərində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi və Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə vyetnamlı fotografçı Ta Ngoc Xuanın Azərbaycana həsr edilmiş foto sərgsinin rəsmi açılış mərasimi keçirilmişdir.

10 may 2018-ci ildə Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən Hanoy şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanın tanınmış bəstəkarı Vaqif Mustafazadənin əsərlərindən ibarət konsert proqramı nümayiş etdirilmişdir.

19 aprel 2018-ci il tarixində Azərbaycanın Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin və Azərbaycanın Vyetnamdakı Səfirliyinin birgə təşkilatçılığı ilə Hanoy şəhərində Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyi münasibətilə “Azərbaycan və Vyetnamın dövlətçılıyi: Yaranma və inkişaf” adlı konfrans keçirilmişdir.

Səfir Anar İmanovun Vyetnamın Vyetnamın Sosial və Humanitar Elmlər Universitetində Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı mühazirəsi keçirilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar Vyetnamın Sosial və Humanitar Elmlər Universitetində ”Azərbaycanı kəşf et” adlı sərgisinin rəsmi açılış mərasimi keçirilmişdir.

Səfir Anar İmanovun Vyetnamın Ho Chi Minh şəhərində yerləşən Hong Bang Beynəlxalq Universitetində Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı mühazirəsi keçirilmişdir.

02.04.2018-ci il tarixində Ho Chi Minh şəhərində Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı tədbir keçirilmişdir. Tədbir çərçivəsində “Əbədi ezamiyyət” filmi nümayiş etdirilmişdir.

18 yanvar 2018-ci il tarixində Hanoy şəhərində Xoşimin adına Milli Siyasətlər Akademiyasında Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Hanoy Azərbaycan musiqiçilərini alqışlayır

22 sentyabr 2017-ci il tarixində Vyetnam – Azərbycan Dostluq Assosiasiyasının və Azərbaycanın Vyetnamdakı Səfirliyinin birgə təşkilatçılığı ilə Vyetnamın Vunq Tau şəhərində 2-ci Vyetnam – Azərbaycan Dostluq Forumu keçirilmişdir.

Azərbaycan Respublikasinin Vyetnamdaki Safirlyi tərəfindən Hanoy şəhərində Azərbaycanın "28 May - Respublika Günü"-nə həsr olunmuş rəsmi qabul təşkil olunmuşdur

Azərbaycanın Vyetnamdakı Səfirliyi və Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Vyetnam Mədəniyyətlərinin Paralelləri. Multikulturalizm: Sülhə və Sabitliyə Aparan Yol.” mövzusunda konfrans keçirilmişdir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Azərbaycanın Vyetnamdakı Səfirliyin təşkilatçılığı ilə Vyetnam Milli Universitetinin Kitabxanasında “Azərbaycan Güşəsi”nin rəsmi açılış mərasimi keçirilmişdir

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsi: son gərginlik və münaqişənin regionun təhlükəsizliyi və inkişafına təsiri” mövzusunda dəyirmi masa təşkil olunmuşdur

26 fevral tarixində Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə Hanoy şəhərində Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən “Xocalı Soyqırımı. Bügünə ismarıc.” mövzusunda konfrans keçirilmişdir.

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar səfir A. İmanovun Vyetnamın Xarici Dillər və Beynəlxalq Münasibətlər Universitetində mühazirəsi keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Dünya azərbaycanlılarına Müraciəti

Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi qarşıdan gələn yeni il münasibətilə xeyriyyə aksiyası keçirmişdir.

Vyetnamın Milli Tarix Muzeyində Azərbaycanın Vyetnamdakı Səfirliyinin təşkilatçılığı ilə “İrs” jurnalının Vyetnam dilində ilk buraxılışının təqdimat mərasimi və “Azərbaycanın İrsi” adlı foto sərgi keçirilmişdir.

Azərbaycanın Vyetnamdakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi konserti keçirilmişdir.

Vyetnamda səfərdə olan Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin üzvü Yap Gənclər Birliyinin Sədri Seymur Orucov Ho Chi Minh Kommunist Gənclər Birliyinin Birinci Katibi Nguyen Dac Vinh ilə görüş keçirmişdir

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi YAP nümayəndə heyəti Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ngiem Vu Khai ilə görüş keçirmişdir.

Vyetnam Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında beynəlxalq hüquq normalarına uyğun olaraq həll olunmasını dəstəkləyir.

Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi YAP nümayəndə heyəti Vyetnama səfəri çərçivəsində Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, partiyanın Mərk

Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi YAP nümayəndə heyəti Vyetnam Parlamentinin Sədr Müavini Uong Chu Luu ilə görüş keçrimişdir.

Azərbaycanın Vyetnamdakı Səfirliyi Vyetnam Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Hanoy şəhərində hər il ənənəvi olaraq keçirilən xeyriyyə yarmarkasında iştirak etmişdir

Vyetnamın Sosial və Humanitar Elmlər Universitetində səfir A. İmanovun mühazirəsi keçirilmişdir

Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin təsis konfransının keçirilməsinə dair

Vyetnam Elmlər Akademiyasında Azərbaycanın Vyetnamdakı səfiri A. İmanovun “Azərbaycanın müasir tarixi: çağırışlar və nailiyyətlər” mövzusunda mühazirəsi keçirilmişdir

Azərbaycanın Vyetnamdakı Səfirliyi xeyriyyə aksiyası keçirmişdir

Cari ilin 2 mart tarixində səfir A. İmanov Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Xarici Əlaqələr Komissiyasının Sədri Hoang Binh Quanla görüş keçirmişdir

Arxiv üzrə axtarış