2023-05-10

10 may 2023-cü il Vyetnam Diplomatik Akademiyasında keçirilmiş “Heydər Əliyev: Azərbaycan və Vyetnam arasında dostluğun qurulmasında tarixi missiya” adlı konfransdan sonra iştirakçılara ziyafət verilmişdir

Tədbirdə Vyetnam Diplomatik Akademiyasının rəhbərliyi və müəllim - tələbə heyəti, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının idarə heyəti və üzvləri, Azərbaycanın elmi, tarixi və mədəniyyəti üzrə Mərkəzinin rəhbəri, Vyetnam Tarixi İnstitutu,  Avropaşünaslıq İnstitutu, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının və Parlamenlərarası Dostluq qrupunun üzvləri, Dövlət Arxivi İdarəsi, Xarici İşlər Nazirliyi və digər dövlət strukturları, ölkədə akkreditasiya olan Qazaxıstan, Rusiya, Belarus, İsveçrə, Çexiya, Ukrayna, Pakistan və digər ölkələrin səfirləri, eləcədə diplomatik missiyaların nümayəndələri, Vyetnam Dostluq Təşkilatları Birliyinin (VUFO) prezidenti Səfir Nguyen Fuong Nga, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə heyətinin sədri və üzvləri, ADA Universitetinin prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini, Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın Asiya ölkələri üzrə xüsusi nümayəndəsi və yerli kütləvi informasiya vasitələrinin jurnalistləri iştirak etmişlər.

Tədbirdə Azərbaycan və Vyetnam musiqisi canlı ifa edilmiş, ölkəmizdən gətirilmiş Azərbaycan yeməkləri (kabablar, dolma, plov) qonaqlara təqdim olunmuşdur.

Arxiv üzrə axtarış