2023-05-10

10 may 2023-cü il tarixində Səfirlik və Vyetnam Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə Hanoy şəhərində yerləşən Vyetnam Diplomatik Akademiyasında “Heydər Əliyev: Azərbaycan və Vyetnam arasında dostluğun qurulmasında tarixi missiya” adlı konfrans təşkil olunmuşdur

Konfransda Vyetnam Diplomatik Akademiyasının prezidenti vəzifəsini icra edən Dr. Pham Lan Dung,  Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə həmçinin, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədr müavini Pham Hong Quanq Vyetnam Tarixi İnstitutunun direktor müavini Dr. Tran Thi Phuong Hoa, İnstitutun Müasir tarixinin tədqiqat idarəsinin müdir müavini Dr. Luong Thi Hong, Vyetnamın Ukraynadakı keçmiş səfiri və Vyetnam Diplomatik Akademiyasının keçmiş prezidenti Prof.Dr.Yu Duong Huan, Kommunikasiya və Xarici Mədəniyyət fakültəsinin Assos. Professoru Le Thanh Binh və Beynəlxalq siyasət və diplomatiya fakültəsinin Dr. Doan Mai Linh, habelə konfransda iştirak üçün Hanoya dəvət olunan ADA Universitetinin prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini xanım Aygün Hacıyeva çıxış etmişlər. Həmçinin, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, publisist, diplomat, ictimai xadim Dr. Nigar Axundova və 1983-cü ildə Vyetnamda səfərdə olarkən Heydər Əliyevin tərcüməçisi olmuş Nguyen Van At video format şəklində çıxış edərək Prezident Ho Şi Minin və Ulu Öndər  Heydər Əliyevin tarixi səfərlərindən xatirələri ilə bölüşmüşlər.

Tədbirdə Səfirliyin təşəbbüsü və dəstəyi ilə Azərbaycan İctimai Televiziyası və Vyetnamın dövlət televiziyası VTV tərəfindən hazırlanmış Vyetnamla bağlı Heydər Əliyevin fəaliyyətinə dair film nümayiş etdirimişdir.

https://video.azertag.az/site/video/174854

 

 

 

Arxiv üzrə axtarış