2021-07-23

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

Dövlət Proqramının icra istiqamətlərindən biri xaricdə dokrotantura təhsili 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılmasıdır.

Proqram iştirakçılarına xarici təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirməsi Azərbaycan Respublikasının Dövlət Neft Fondu və proqramın ümumi idarəçiliyi isə Dövlət Proqramın İdarəetmə Qrupu tərəfindən həyata keçirilir. Dövlət Proqramı çərçivəsində doktorantarın təhsil aldıqları xarici ali təhsil müəssisələri tərəfindən müəyyən edilən minimum normativ müddətində təhsil, təqaüd, viza, tibbi sığorta və və beynəlxalq nəqliyyat xərclərinin maliyyələşdirilməsi həyata keçirilir.

Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili üçün 2021-ci il payız semestri üzrə sənəd qəbulu başlamış və  son müariciət tarixi 31 iyul 2021-ci il olaraq müəyyən olunmuşdur. 

http://dp.edu.az/az/index

 

Arxiv üzrə axtarış