2016-01-20

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar səfir A. İmanovun Vyetnamın Xarici Dillər və Beynəlxalq Münasibətlər Universitetində mühazirəsi keçirilmişdir

20 Yanvar faciəsinin 26-cıildönümü ilə əlaqədar səfir A. İmanovun Vyetnamın Xarici Dillər və Beynəlxalq Münasibətlər Universitetində mühazirəsi keçirilmişdir.

Mühazirəsində səfir A. İmanov, 1990-ci ilin 20 yanvar tarixində Sovet qoşunları tərəfindən ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciə barədə məlumat vermişdir. Səfir 20 yanvar faciəsi zamanı Bakıda törədilmiş qanlı hadisələr zamanı şəhid olmuş qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırmış və 20 yanvar hadisələrinin Azərbaycan xalqının tarixində yeni bir qəhrəmanlıq səhifəsi açdığını vurğulamışdır.

Səfir mühazirəsində həmçinin Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti barədə məlumat vermiş, Xocalı faciəsi haqqında söhbət açmışdır

Mühazirə zamanı 20 yanvar faciəsi haqqında sənədli film nümayiş etdirilmiş və tələbələrin sualları cavablandırılmışdır. 

 

Arxiv üzrə axtarış