Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi qarşıdan gələn yeni il münasibətilə xeyriyyə aksiyası keçirmişdir.
Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi cari ilin 21 dekabr tarixində qarşıdan gələn yeni il münasibətilə xeyriyyə aksiyası keçirmişdir.
Aksiya çərçivəsində Səfirliyin əməkdaşları paytaxt Hanoy şəhərində yerləşən “Birla” internat məktəbində olmuş və Səfirliyin adından 1-18 yaşlı 130 nəfərdən artıq uşaq üçün müxtəlif oyuncaqlar hədiyyə olunmuş və şirniyyatlar paylanmışdır.
Məktəbin direktoru Chu Dinh Diep Azərbaycanın Vyetnamdakı Səfirliyinin xoşməramlı aksiyasının valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün böyük dəstək olduğunu vurğulamış və öz təşəkkürünü bildirmişdir.