2015-03-02

Cari ilin 2 mart tarixində səfir A. İmanov Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Xarici Əlaqələr Komissiyasının Sədri Hoang Binh Quanla görüş keçirmişdir

Cari ilin 2 mart tarixində səfir A. İmanov Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Xarici Əlaqələr Komissiyasının Sədri Hoang Binh Quanla görüş keçirmişdir. Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

 Görüş zamanı tərəflər iki ölkə rəsmilərinin yüksək səviyyəli səfərləri, hakim partiyalar arasında əməkdaşlıq məsələləri, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparmışlar.
Görüşün sonunda Vyetnam Kommunist Partiyası Xarici Əlaqələr Komissiyası ilə Səfirlik arasında əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinmişdir

Arxiv üzrə axtarış