74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar viza prosedurları

-    74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü ii səntyabrın 20-dən oktyabrın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.  

Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas həsab edilir:  

  1. 74-cü Beynəlxalq Astronavtika Konqresinin beynəlxalq təşkilatçısı olan Beynəlxalq Astronavtika Federasiyasının müvafiq qaydalarına uyğun olaraq eləktron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçməni təsdiq edən sənəd;
  2. 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Azərbaycan Rəspublikasınn Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin rəsmi dəvət məktubu.

Arxiv üzrə axtarış