Azərbaycan-Vyetnam münasibətləri

Azərbaycan-Vyetnam münasibətləri

Qısa tarix:

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2013-cü il tarixli 2744 saylı sərəncamı ilə Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.16 may 2013-cü il tarixində Səfir A. İmanov etimadnaməsini Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Truong Tan Sanga təqdim etmişdir.

Ngo Duc Manh Vyetnam Sosialist Respublikasının (iqamətgahı Moskva şəhərində olmaqla) Azərbaycan Respublikasındakı səfiri təyin olunmuşdur. 23 avqust 2018-ci il tarixində səfir Ngo Duc Manh etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.

Səfirliyin fəaliyyətə başladığı 2013-cü ildən bugünədək Azərbaycan ilə Vyetnam arasındakı münasibətlərdə böyük irəliləyişə nail olunmuşdur.

18-19 may 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhfə açmış, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir. 13-15 may 2015-ci il tarixlərində Vyetnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri isə Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır.

Son illər ərzində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq qurulmuşdur.

Vyetnam Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq aktiv olaraq genişləndirilməkdədir. Həmçinin iki ölkə arasında qurulan parlamentlərarası əlaqələr dinamik şəkildə inkişaf etməkdədir. Eyni zamanda hər iki ölkənin Nazirlik və digər qurumları arasında birbaşa əlaqələr qurulmuşdur.

Son illər ərzində Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq yüksək səviyyədədir. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin qarşılıqlı səfərləri mütəmadi olaraq həyata keçirilir.

2013-cü ildən hazırkı zamanadək Vyetnam Milli Assambleyasında (Parlament) Vyetnam-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu, Azərbaycan Respublikasının Milli Məclisində isə Azərbaycan-Vyetnam Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu yaradılmış, İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası təsis edilmişdir. Həmçinin Hanoy şəhərində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi yaradılmışdır. Qeyd olunan qurumlar Azərbaycan ilə Vyetnam arasında əlaqələrin davamlı inkişafına öz ciddi töhfəsini verməkdədir.

Yüksək səviyyəli qarşılıqlı səfərlər:

18-19 may 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri həyata keçirilmişdir.

13-15 may 2015-ci il tarixlərində Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Truong Tan Sangın Azərbaycan Respublikasına rəsmi səfəri həyata keçirilmişdir.

Digər səfərlər:

2007-ci ilin aprel ayında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə. Abbasov Vyetnamda işgüzar səfərdə olmuşdur.

7-10 aprel 2010-cu il tarixlərində Vyetnam Sosialist Respublikası Baş Nazirinin müavini Hoanq Çunq Hay və xarici işlər nazirinin müavini cənab Nquen Kuok Kıonq Azərbaycan Respublikasına işgüzar səfər etmişlər.

21-24 noyabr 2012-ci il tarixlərində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq Əlaqələr Komitəsinin Sədri cənab Hoang Binh Quanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş Asiya siyasi partiyalarının  7-ci Baş Assambleyasının Beynəlxalq Konfransında iştirak etmək üçün Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.

11-13 aprel 2013-cü il tarixlərində Vyetnam Sosialist Respublikasının Xarici İşlər Nazirinin müavini xanım Nquen Fıonq Nqa Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Məzunlar Forumunda iştirakı məqsədilə Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.

25-29 aprel 2013-cü il tarixlərində Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili cənab Mubariz Qurbanlı və partiyanın Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin 19-cu iclasında iştirak etmək üçün Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olmuşlar.

27-29 iyun 2013-cü il tarixlərində Vyetnam Sosialist Respublikası Milli Assambleyasının (Parlament) sədr müavini Uong Chu Luunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

2-6 iyul 2014-cü il tarixlərində Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdman və Turizm Naziri cənab Honq Tuan An Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

10-15 oktyabr 2014-cü il tarixlərində Vyetnam Milli Assambleyasının daimi komitəsinin üzvü, hüquq komitəsinin sədri cənab Phan Trung Lyn Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

13-15 oktyabr 2014-cü il tarixlərində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü cənab Le Honq Anh Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

3-5 iyul 2015-ci il tarixlərində Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun Ədliyyə İslahatları üzrə Komissiyanın daimi sədr müavini, nazir xanım Le Thi Thu BanAzərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

8-12 dekabr 2015-ci il tarixlərində Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olmuşdur.

7-10 mart 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının Sədri cənab F.Məmmədov Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olmuşdur.

28 sentyabr–01 oktyabr 2016-cı il tarixlərində Vyetnam Sosialist Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini cənab Bui Truong Giang Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

15-19 yanvar 2017-ci il tarixlərində İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclasında iştirak etmək üçün Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Respublikasının Energetika Naziri cənab Natiq Əliyev Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olmuşdur.

9-13 sentyabr 2017-ci il tarixlərində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibi, Siyasi Büronun üzvü xanım Çyung Txi May Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

12-15 sentyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olmuşdur.

24-28 fevral 2018-ci il tarixlərində Azərbaycan Respublikası Birinci Vitse-Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoruHeydər Əliyev Mərkəzinin direktoru cənab Anar Ələkbərov Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olmuşdur.

19-21 iyun 2018-ci il tarixlərində İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ikinci iclasında iştirak etmək üçün Komissiyanın Vyetnam tərəfindən həmsədri, Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Naziri cənab Tran Tuan Anh Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

30 iyul-1 avqust 2018-ci il tarixlərində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Hərbi Dəniz Qüvvələrinin Komandanı cənab Pham Hoai Nam Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

10-14 dekabr 2018-ci ildə Vyetnam Kommunist Partiyasının dəvətinə əsasən Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin Xarici İşlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədr müavini xanım Sevinc Fətəliyeva Vyetnamda rəsmi səfərdə olmuşdur.

 

10-13 mart 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Vyetnam Xarici İşlər Nazirliyi ilə siyasi məsləhətləşmələrinin aparılması məqsədilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini cənab Ramiz Həsənov Vyetnamda rəsmi səfərdə olmuşdur.

Parlamentlərarası dostluq qrupları:

2013-cü ilin noyabr ayında Vyetnam Sosialist Respublikasının Milli Assambleyasında Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis olunmuşdur. Qrupun hazırkı rəhbəri məhkəmə komitəsinin sədr müavini Nguyen Manh Cuongdur.

17 dekabr  2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Vyetnam parlamentlərarası işçi qrupu təsis olunmuşdur. Qrupun hazırkı rəhbəri millət vəkili Əli Məsimlidir.

Müştərək Komissiya:

16 yanvar 2017-ci ildə Hanoy şəhərində İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclası keçirilmişdir.

20 iyun 2018-ci ildə Bakı şəhərində İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ikinci iclası keçirilmişdir.

Azərbaycan-Vyetnam Dostluq Assosiasiyası:

10 oktyabr 2015-ci ildə Hanoy şəhərində Azərbaycan-Vyetnam Dostluq Assosiasiyası yaradılmışdır. Assosiasiyanın hazırkı Sədri Vyetnam Milli Assambleyasının (Parlament) deputatı Nghiem Vu Khaidır.

7 may 2015-ci ildə Bakı şəhərində Azərbaycan-Vyetnam Dostluq Forumunun  I iclası keçirilmişdir.

22 sentyabr 2017-ci ildə Vung Tau şəhərində Azərbaycan-Vyetnam Dostluq Forumunun II iclası keçirilmişdir.

Müqavilə-hüquq bazası:

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlər:

  1. “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Vyetnam Sosialist Respublikası Xarici İşlər Nazirliyi arasında Əməkdaşlıq Protokolu”;
  2. “Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
  3. “Azərbaycan Respublikasının Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşlarıngediş-gəlişihaqqında Saziş”;
  4. “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”;
  5. “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “ARDNŞ” və Vyetnamın Neft və Qaz Korporasiyası “Petrovyetnam” arasında Strateji Əməkdaşlıq haqqında Saziş”;
  6. “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”;
  7. “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq haqqında Saziş”;
  8. “Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”;
  9. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
  10. “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
  11. “Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi”;
  12. “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Petrovietnam arasında neft və qaz sənayesində əməkdaşlığa dair Anlaşma Memorandumu”;
  13. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi arasında 2014-2017-ci illər üzrə mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram”;
  14. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair Saziş”;
  15. “İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclasının Protokolu”;
  16. “İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ikinci iclasının Protokolu”.

 

Arxiv üzrə axtarış