Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları
Şəxsiyyəti təsdiq edən müvafiq etibarlı sənədləri olmayan vətəndaşlar Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi məqsədilə Səfirliyin Konsulluq bölməsinə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Ərizə-anket (word) (PDF) (anket tam cavablandırılmalıdır);
- Fotoşəkil- 2 ədəd (3x4);
- Şəxsiyyəti təsdiq edən hər hansı sənədin surəti(doğum haqqında şəhadətnamə, etibarlıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, köhnə SSRİ pasportu, valideynlərə məxsus sənədlər və s.). Qeyd: Yalnız doğum haqqında şəhadətnaməsi olan şəxslər valideynlərinin sənədlərinin (pasport və ya şəxsiyyət vəsiqəsi) surətini də təqdim etməlidirlər. Diqqət! Təqdim olunan sənəd digər ölkənin müvafiq qurumu tərəfindən rəsmiləşdirildiyi halda həmin sənədin Azərbaycan dilinə tərcüməsi təqdim edilməlidir.
- 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz.
Səfirliyin Konsulluq bölməsinin bank rekvizitləri:
Embassy’s consular account: 0011374219451
Name: EMBASSY OF AZERBAIJAN
Swift: BFTVVNVX
Bank: Vietcombank
Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur.
Qeyd: Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi 2 (iki) ayadək davam edə bilər. Cavab iki ay müddətindən sonra elektron poçt (hanoi@mission.mfa.gov.az) vasitəsilə sorğu edilə bilər.
Qeyd: Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlər ilə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.