2024-09-04

Konsulluq qeydiyyatı

Vyetnam Sosialist Respublikası, Kamboca Krallığı və ya Laos Xalq Demokratik Respublikasının səlahiyyətli orqanları tərəfindən verilmiş müvafiq sənəd əsasında bu ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Hanoy şəhərindəki Səfirliyinin konsulluq bölməsində uçota alınırlar.

            Azərbaycan Respublikasının vətəndaşlarının konsulluq qeydiyyatına alınması üçün tələb olunan sənədlər:

  • Anket (Vyetnam Sosialist Respublikası, Kamboca Krallığı və ya Laos Xalq Demokratik Respublikası ərazisində daimi və ya müvəqqəti yaşayanlar üçün (anket tam şəkildə doldurulmalıdır));
  • Vyetnam Sosialist Respublikası, Kamboca Krallığı və ya Laos Xalq Demokratik Respublikası ərazisində daimi və ya müvəqqəti yaşayış icazəsi verən sənədin surəti;
  • 1 ədəd rəngli fotoşəkil (3x4);
  • Ümumvətəndaş pasportunun əsli və surəti.

Qeyd: Konsulluq qeydiyyatının aparılması məqsədilə vətəndaşlar şəxsən və ya poçt vasitəsilə Səfirliyin konsulluq bölməsinə müraciət edə bilərlər.

Arxiv üzrə axtarış