2023-12-22

7 fevral 2024-cü il tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Vyetnam, Kamboca və Laosda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının NƏZƏRİNƏ

7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır.

Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Vyetnam, Kamboca və Laosda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Vyetnamdakı Səfirliyinə müraciət etmələri xahiş olunur.

Telefon: 024 3737 90 11/12

Elektron poçt: hanoi@mission.mfa.gov.az

Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda seçki məntəqələri yaradılacaqdır.

Hörmətlə,

Azərbaycan Respublikasının Vyetnamdakı Səfirliyi

Arxiv üzrə axtarış