2023-05-26

22-26 may 2023-cü il tarixlərində Vyetnamın Audit Palatasının sədr müavini, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Danq Ti Vin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri məzun olduqları Azərbaycanın bir necə ali təhsil ocaqlarını ziyarət etmişlər. Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Vyetnamın Audit Palatasının sədr müavini, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri, BDU-nun Hüquq fakültəsinin məzunu olan Danq Ti Vin ilə görüşüb. Rektor Azərbaycanla Vyetnam dost ölkələr sayılır, iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, bu əlaqələrin inkişaf etdirilməsində təhsil, elm əlaqələri xüsusi önəm daşıdığını və iki ölkə arasında münasibətlərin inkişafında Azərbaycanda və Vyetnamda təhsil almış məzunların da rolunun olduğunu bildirib.

Öz növbəsində Danq Ti Vin görüşə görə təşəkkürünü bildirib, tələbəlik illərini xatırlayıb.

 

 

 

  

 

Nümayəndə heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Vyetnamdan olan məzunu xanım Nquen Txi Xan universitetin rektoru prof. Ədalət Muradovla görüşüb. Nquen Txi Xan 36 ildən sonra yenidən UNEC-də olmaqdan böyük sevinc hissi keçirdiyini bildirərək, tələbəlik illəri haqqında xoş xatirələrini bölüşüb. Rektor UNEC-də Məzunlar Assosiasiyasının yaradıldığını və əcnəbi məzunların da həmin assosiasiyada təmsil olunacaqlarını diqqətə çatdırıb. Görüş zamanı xanım qonağa UNEC-in arxivində saxlanılan qiymət vərəqəsi, fotosu və digər təhsil sənədləri təqdim edilib.

 

Arxiv üzrə axtarış