2019-03-13

13 mart 2019-cu il tarixində Azərbaycan Respublikası və Kamboca Krallığı arasında siyasi məsləhətləşmələr keçirilmişdir. Azərbaycan numayəndə həyyətinə Xarici İşlər Nazirinin müavini cənab Ramiz Həsənov, Kamboca numayəndə həyyətinə isə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Ouch Borith rəhbərlik edirdilər.

Görüşdə tərəflər münasibətlərin bütün spektri üzrə ələqalərin mövcud vəziyyətini müzakirə edərək, iki ölkə arasında olan sıx əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinə dair atılması zəruri olan addımlar barədə fikir mübadiləsi aparılmışlar.

Həmçinin görüş zamanı tərəflər iki ölkə arasında siyasi dialoqun aktivləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində mövcud sıx əməkdaşlığı genişləndirilməsi, habelə qarşılıqlı faydalı ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılması zəruri hesab olunan əməli addımlar ətrafında fikir mübadiləsini aparmışlar.

Arxiv üzrə axtarış