2016-12-27

Car ilin 27 dekabr tarixində səfir Anar İmanov Vyetnamın Lam Dong Əyalətinin Xalq Komitəsinin Sədri Doan Van Viet ilə görüş keçirmişdir.

Görüş zamanı Lam Dong əyaləti ilə Şəki şəhəri arasında əlaqələrin qurulmasına dair müzakirə aparılmışdır. Görüşdə Şəki ilə Lam Dong əyaləti arasında əməkdaşlıq üçün böyük potensialın olduğu qeyd olunmuş və bu imkanlardan istifadə etmək üçün daha geniş tədbirlərin görülməsinin zəruri olduğu vurğulanmışdır. Görüş əsnasında Doan Van Viet Şəki şəhərinin rəhbərliyini Lam Dong əyalətinə səfər etməyə dəvət etmiş və dəvətin aidiyyəti üzrə çatdırılmasını xahiş etmişdir. O, həmçinin Azərbaycan şirkətlərini Lam Dong əyalətilə biznes əlaqələri qurmağa dəvət etmiş və onlar üçün əlverişli şərait yaradılacağını bildirmişdir. Görüşün sonunda Lam Dong Əyalətinin Xalq Komitəsi ilə Səfirlik arasında əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinmişdir.

Arxiv üzrə axtarış