2017-01-16

2017-ci il yanvar ayının 16-da Hanoy şəhərində İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclası keçirilmişdir.

İclasa Komissiyanın həmsədləri Azərbaycan Respublikasının Energetika Naziri cənab Natiq Əliyev və Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Naziri Tran Tuan Anh sədrlik etmişlər.

Keçirilən plenar iclasda Azərbaycan nümayəndə heyətini Vyetnamda salamlayan Sənaye və Ticarət Naziri Tran Tuan Anh iki ölkə arasındakı münasibətlər tarixi üçün son dərəcə əhəmiyyətli olan bu toplantının əlaqələrin bütün spektri üzrə qarşılıqlı faydalı əməkdaşlığın təşviq edilməsinə xidmət edəcəyini bildirmişdir. Hazırkı iclasın hazırlanmasında hər iki ölkənin aidiyyəti qurumların fəal iştirak etdiyini vurğulayan Tran Tuan Anh danışıqların yekunu olaraq müsbət nəticələrin əldə olunacağına ənminliyini ifadə etmişdir.

Tran Tuan Anh son illər Vyetnam iqtisadiyyatının sürətlə inkişaf etdiyinə diqqət çəkərək həmin prosesdə Azərbaycan tərəfinin, o cümlədən biznes dairələrin faəl iştirak etməyə dəvət edib bunun üçün münbit şəraitin yaradılacağını əminliklə qeyd etmişdir..

Öz növbəsində Komissiyanın ilk iclasını tarixi hadisə kimi qiymətləndirən Azərbaycan Respublikasının Energetika Naziri Natiq Əliyev Azərbaycan və Vyetnam xalqları arasında müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyev və Vyetnamın Prezidenti Ho Şi Minin tərəfindən qoyulduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Ho Şi Minin 1959-cu ildə Azərbaycana və ulu öndər Heydər Əliyevin 1983-cü ildə Sovet İttifaqının nümayəndə heyətinin rəhbəri qismində Vyetnama həyata keçirdikləri səfərlər hər iki ölkənin xalqları arasında sıx dostluq əlaqələrinin qurulmasında həlledici rol oynamışdır.   

 Azərbaycan və Vyetnam arasında müasir dövrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan cənab Natiq Əliyev son illər ərzində siyasi dialoqun aktivləşdiyini qeyd edərək, bü xüsusda 18-19 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama dövlət səfərinin və 13-15 may 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Truong Tan Şanqın Azərbaycana rəsmi səfərinin iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına təkan verdiyini və əlaqələrin genişləndirilməsində yeni perspektivlər açdığını vurğulamışdır.

Məhz ulu öndər Hyedər Əliyevin təməli qoyduğu və hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davam etdirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmizin Cənubi Qafqaz regionunun ən sərvətli dövlətinə çevrildiyini xüsusi vurğulayan cənab Natiq Əliyev Azərbaycanın toplanılan zəngin təcrübə və malik olduğu geniş imkanlardan  ikitərəfli münasibətlərin inkişaf etdirilməsi prosesində istifadə etməyə hazır olduğunu bildirmişdir.

Görüş əsnasında tərəflər hazırkı iclasda əldə olunan razılaşmaların həyata keçirilməsinin zəruriliyinə işarə edərək hər iki öıkənin bazarlardakı mövcud vəziyyətin öyrənilməsi üçün konkret əməkdaşlıq istiqamətlərini müəyyənləşdirərək bütün səviyyələrdə səfərlər həcminin artırılması ilə bağlı razılığa gəlmişlər. Eyni zamanda hər iki ölkənin biznes dairərləri arasında birbaşa əlaqələrin qurulmasının labüdlüyü qeyd olunmuşdur.

Danışıqlar zamanı tərəflər hər iki ölkənin sosial-iqtisadi vizəyyəti haqqında məlumat vermiş, ticarət və investisiya, kənd tsəsrrüfatı, nəqliyyat, mədəniyyət, turizm, idman, siyasi, diplomatik hüquq və məhkəmə sahələrində əməkdaşlıq perspektivlərini müfəssəl şəkildə müzakirə etmişlər.

Müzakirələrin yekunu olaraq Azərbaycan adından Energetika Naziri cənab Natiq Əliyev, Vyetnam Sosialist Respublikası adından isə Sənaye və Ticarət Naziri Tran Tuan Anh tərəfindən “İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclasının Protokolu” imzalanmışdır.

İmzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Energetika Naziri cənab Natiq Əliyev Vyetnamın Dövlət Televiziyasına müsahibə vermişdir.  

Arxiv üzrə axtarış