Cari ilin 26 dekabr tarixində səfir Anar İmanov Vyetnamın Dalat şəhəri Xalq Komitəsinin Sədri Vo Ngoc Hiep ilə görüş keçirmişdir. Görüş zamanı Dalat şəhəri ilə Şəki şəhəri arasında əlaqələrin qurulması məsələsi müzakirə olunmuş və qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.