Cari ilin 1 dekabr tarixində iqamətgahı Hanoy şəhərində olmaqla Azərbaycanın Laos Xalq Demokratik Respublikasına akkreditə olunmuş səfiri Anar İmanov Laosun KİV nümayəndələrilə görüş keçirmişdir.
Cari ilin 1 dekabr tarixində iqamətgahı Hanoy şəhərində olmaqla Azərbaycanın Laos Xalq Demokratik Respublikasına akkreditə olunmuş səfiri Anar İmanov Laosun KİV nümayəndələrilə – Laos Xəbər Agentliyinin Direktoru Sounthone Khanthanvong, Laos Milli Televiziyasının Direktor Müavini Bounlap Douangphoumy, Laos Milli Radiosunun Direktor müavini Sangkhane Choumkhamphanh, “MV Lao Free” televiziyasının Prezidenti Adena Mahavong, “Vietnam Times” qəzetinin redaktor müavini Phonekeo Vorakhoun ilə görüş keçirmişdir.
Görüş zamanı səfir Azərbaycnla Laos arasında münasibətlərin mövcud vəziyyəti və gələcək perpektivləri barədə məlumat vermişdir. Səfir ölkələrimiz arasında əməkdaşlığın inkişafında, xüsusilə xalqlar arasında əlaqələrin qurulmasında KİV-lərin böyük rol oynadığını vurğulamışdır və Laos KİV-lərindən bu prosesə dəstək verməyi xahiş etmişdir.
Görüş zamanı Laos KİV nümayəndələri Səfirliklə eləcədə Azərbaycan KİV-ləri ilə əməkdaşlığın qurulub inkişaf etidirlməsinə dair fikirlərini bölüşmüşlər.
Görüşdə həmçinin səfir Anar İmanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsi, Azərbaycanın social-iqtisadi inkişafı, enerji və infrastruktur layihələri, turizm potensialı barədə məlumat vermişdir və Azərbaycanla bağlı videolar nüamyiş etdirilmişdir.