2016-11-30
30 Noyabr 2016-cı il tarixində iqamətgahı Hanoy şəhərində olmaqla Azərbaycanın Laos Xalq Demokratik Respublikasına akkreditə olunmuş səfiri Anar İmanov bu ölkənin Enerjii və Mədən Naziri Khammany Inthilat ilə görüş keçirmişdir.
Görüş zamanı səfir Anar İmanov Azərbaycanın Enerji sahəsində nailiyyətləri barədə həmsöhbətinə məlumat vermiş, ölkəmizin bu sahədə Laosla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırmışdır.
Görüşdə Nazir Laosda mədənçilik haqqında məlumat vermiş və əməkdaşlıqla bağlı öz fikirlərini bölüşmüşdür.
Görüş zamanı həmçinin enerji və mədənçilik sahəsində ixtisaslaşmış Laos və Azərbaycan şirkətləri arasında əməkdaşlığın təşfiq olunmasına dair fikir mübadiləsi aparılmışdır.