2015-12-09

Vyetnam Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında beynəlxalq hüquq normalarına uyğun olaraq həll olunmasını dəstəkləyir.

Vyetnam Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında beynəlxalq hüquq normalarına uyğun olaraq həll olunmasını dəstəkləyir.

Bu sözləri Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq Əlaqələr Komissiyasının sədri cənab Xoanq Bin Kuan hazırda Vyetnamda səfərdə olan Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirmişdir.

Görüş zamanı iki ölkənin hakim partiyaları arasında əlaqələr, habelə Azərbaycanla Vyetnam arasında siyasi, iqtisadi, ticari, investisiya, turizm, humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Görüşdə hər iki ölkənin hakim partiyaları arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı səfərlərin davam etdilməsi barədə razılığa gəlinmişdir.

Görüş zamanı M. Qurbanlı Vyetnam kommunist partiyası nümayəndə heyətini növbəti ildə ölkəmizə səfər etməyə dəvət etmişdir.

Qeyd olunmalıdır ki, Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərliyi ilə Milli Məclisin Deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə və Yap Gənclər Birliyinin Sədri Seymur Orucovdan ibarət YAP nümayəndə heyətinin Vyetnama səfəri 12 dekabr tarixinədək davam edəcəkdir.

 

Arxiv üzrə axtarış