Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi YAP nümayəndə heyəti Vyetnama səfəri çərçivəsində Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, partiyanın Mərk
Cari ilin 9 dekabr tarixində Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi YAP nümayəndə heyəti Vyetnama səfəri çərçivəsində Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anh ilə görüş keçirmişdir.
Görüş zamanı Le Honq Anh ötən ilin oktyabr ayında Azərbaycana səfəri ilə bağlı öz müsbət təsuratlarının bölüşmüş və səfərin yüksək səviyyədə keçdiyini qeyd etmişdir. O, YAP nümayəndə heyətinin Vyetnama səfərinin hakim partiyalar arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə inandığını bildirmiş və qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini vurğulamışdır. Le Honq Anh, Vyetnam Kommunist Partiyasının Baş Katibi cənab Nguyen Phu Trongun salamlarını Azərbaycan Respublikasının Prezidenti və Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə çatdırılmasını nümayəndə heyətindən xahiş etmişdir.
Görüş zamanı Mübariz Qurbanlı Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin əsasının Vyetnam Prezidenti Ho Chi Minihin 1959-cu ildə Azərbaycana və Azərbaycan xaqlının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə qoyulduğunu vurğulamışdır. O, son illər ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə etmiş və hər iki ölkə Prezidentinin 2014 və 2015-ci illərdə qarşılıqlı səfərlərini ikitərəfli əməkdaşlığın daha da inkişaf etməsinə təkan verdiyini xüsusi vurğulamışdır.