Consular registration

KONSULLUQ QEYDİYYAT

Xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən uçota alınması prosedurları Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 12.09.2012-ci il tarixli, Q/07-12 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydalara əsasən xarici ölkələrdə qanuni əsaslarla daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən təmin edilməlidir

Azərbaycan Respublikası vətəndaşının konsulluq uçotuna düşməsi, ona aşağıda qeyd olunan faydaları vardır:

- təxirəsalınmaz hallarda vətəndaşa konsulluq yardımı göstərmək;

-Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlər itdiyi və ya oğurlandığı halda, onların geri qayıtmasını asanlaşdırmaq;

-xarici ölkədə immiqrasiya məsələləri ilə bağlı digər hüquqi və konsulluq yardımı göstərmək;

-Azərbaycan icması üçün təşkil olunan tədbirlər barədə məlumatlandırmaq, Azərbaycanda baş verən hadisələr və məlumatlarla tanış etmək.

    Vyetnam Sosialist Respublikasında daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının konsulluq qeydiyyatına alınması üçün aşağıdakı sənədlər tələb olunur.

.Anket;
.İki ədəd rəngli fotoşəkil;
.AR ümumvətəndaş pasportunun əsli;
.Vyetnam Sosialist Respublikasında daimi və yaxud müvəqqəti yaşayış qeydiyyatında olduğunu təsdiq edən sənəd.