2019-03-12
12 mart 2019-cu il tarixində Azərbaycan və Vyetnam Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir. Azərbaycan numayəndə həyyətinə Xarici İşlər Nazirinin müavini cənab Ramiz Həsənov, Vyetnam numayəndə həyyətinə isə Xarici İşlər Nazirinin Birinci müavini Bui Thanh Son rəhbərlik edirdilər.

Danışıqlar zamanı tərəflər münasibətlərin bütün sahələrini əhatə edən əlaqələrinin mövcud vəziyyətini nəzərdən keçirərək çoxtərəfli əməkdaşlığın təşviqinin surətləndirilməsinə dair fikir mübadiləsini aparmışlar. Həmçinin müzakirələr əsnasında tərəflər hazırki siyasi məsləhətləşmələrin məhz Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yübileyinin keçirilməsi ərəfəsində təşkil olunmasının əhəmiyyətini xüsusi vurğulamışlar.

növbəti xəbər əvvəlki xəbər