2019-03-11
11 mart 2019-cu il tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini cənab Ramiz Həsənovun Vyetnam Sosialist Respublikasına rəsmi səfəri baş tutmuşdur.

11 mart 2019-cu il tarixində cənab Ramiz Həsənov ilə Vyetnam Sosialist Respublikası Milli Assambleyasının (Parlament) Sədr müavini Uong Chu Luu arasında görüş keçirilmişdir. Görüşdə tərəflər parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi yollarını, habelə Dostluq Qrupları arasında mövcud əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsini aparmışlar.

növbəti xəbər əvvəlki xəbər