2017-11-30
Laos Xalq Demokratik Respublikasına səfəri zaman Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfiri Anar İmanov 30 noyabr 2017-ci il tarixində Laosun hakim Xalq İnqilab Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Somdy Bounkhoum ilə görüş keçirmişdir.

Görüşdə tərəflər arasında ikitərəfli münasibətlərin, o cümlədən Laos Xalq İnqilab Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər