2016-11-30
30 Noyabr 2016-cı il tarixində iqamətgahı Hanoy şəhərində olmaqla Azərbaycanın Laos Xalq Demokratik Respublikasına akkreditə olunmuş səfiri Anar İmanov bu ölkənin Elm və Texnologiya Naziri Boviengkham Vongdara ilə görüş keçirmişdir.

Görüş zamanı Azərbaycan və Laos arasında elm və texnologiya sahəsində əməkdaşlığa dair müzakirə aparılmışdır.

Görüş zamanı Nazir vaxtilə Azərbaycanın Neft-Kimya İnstitunda təhsil aldığını və Azərbaycanın elm və təhsil sistemi ilə yaxından tanış olduğunu bildirmişdir. O, Azərbaycanın elm və texnologiya sahəsində qazandığı nailiyyətləri yüksək qiymətləndirmişdir. Nazir qeyd olunan sahələr üzrə Azərbaycanla əməkdaşlığın qurulmasında Səfirliyin köməklik göstərməsini xahiş etmişdir.

Səfir Azərbaycan ali təhsil ocaqlarının Laoslu məzunlarını yüksək vəzifələrdə görməyin qürurverici olduğunu vurğulamışdır. Səfir Azərbaycanla Laos arasında bütün sahələrdə, o cümlədən elm və texnologiya sahəsində əməkdaşlığın qurulub inkişaf etdirilməsində Səfirliyin səylərini əsirgəməyəcəyini bildirmişdir.

növbəti xəbər əvvəlki xəbər