2016-11-29
29 Noyabr 2016-cı il tarixində iqamətgahı Hanoy şəhərində olmaqla Azərbaycanın Laos Xalq Demokratik Respublikasına akkreditə olunmuş səfiri Anar İmanov bu ölkənin Kənd Təsərrefatı və Meşəçilik Naziri Lien Thikeo ilə görüş keçirmişdir. Görüşdə Azərbaycanla Laos arasında Kənd Təsərrüfatı sahəsində əməkdaşlığın qurulmasına dair müzakirə aparılmışdır.

Görüş zamanı Nazir 1984-cü ildə Azərbaycana getdiyini və ölkəmizin zəngin təbii resursları və kənd təsərrüfatı imkanları barədə xəbərdar olduğunu qeyd etmişdir. O, Laosun kənd təsərrüfatı imkanlarına dair məlumat vermiş və düyü, kofe, tütün, çay, şəkərqamışının əsas kənd təsərrüfatı məhsulları olduğunu bildirmişdir.

Səfir Anar İmanov ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu və bu imkandan istifadə etməyin vacibliyini vurğulamışdır. Səfir ölkəmizdə kənd təsərrüfatının inkişafına böyük önəm verildiyini və bu sahədə xarici ölkələrlə, o cümlədən Laosla əməkdaşlığın qurulması və inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu diqqətə çatdırmışdır.

Görüşdə Azərbaycnla Laos arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın təşfiq olunması üçün Səfirlik və Nazirliyin birgə səylərini davam etdirməsi barədə razılığa gəlinmişdir.

növbəti xəbər əvvəlki xəbər