2016-08-25
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Azərbaycanın Vyetnamdakı Səfirliyin təşkilatçılığı ilə Vyetnam Milli Universitetinin Kitabxanasında “Azərbaycan Güşəsi”nin rəsmi açılış mərasimi keçirilmişdir

10 may 2016-cı il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Azərbaycanın Vyetnamdakı Səfirliyin təşkilatçılığı iləVyetnam Milli Universitetinin Kitabxanasında“Azərbaycan Güşəsi”nin rəsmi açılış mərasimi keçirilmişdir. Tədbirdə Vyetnamın Milli Universitetinin tələbə-müəllim heyəti,tədqiqatçılar, “Azərbaycanın Mədəniyyəti və Tarixinin Araşdırmaları Mərkəzi”nin, Vyetnam-Azərbaycan Dostluq Təşkilatının və media nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Vyetnamdakı SəfiriA.İmanovSovet dövründə və Azərbaycan  müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi zaman əldə edilmiş uğurlar, keçmiş Sovet İttifaqı ilə Vyetnamarasında münasibətlərin genişləndirilməsində, o cümlədən yerli iqtisadiyyatın sürətli inkişafı üçün Azərbaycanın rolu, o cümlədən bu sahədə kadrların hazırlanması məqsədilə Vyetnamdan olan tələbələrin Azərbaycanda təhsil almasından bəhs etmişdir.

Səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi,xalqın tələbi ilə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə qayıtması və dövlətimizin müstəqilliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar haqqında iştirakçılara ətraflı məlumat vermişdir.

Həmçinin səfir1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən Heydər Əliyevin Vyetnam Sosialist Respublikasınarəsmisəfəri və bu səfərin xalqlarımızarasında əlaqələri daha da möhkəmlətdiyini xüsusiqeyd etmişdir.

Eyni zamandaA.İmanov müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin 18-19 may 2014-cü ildə Vyetnama rəsmi səfərinin iki ölkə arasındakımünasibətlərin dönüş nöqtəsi olduğunu vurğulamışdır. Həmçinin səfirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycanın regionda müasir, güclü dövlətə çevrilərək sürətlə inkişaf etdiyinivə dövlətimiz tərəfindən Cənubi Qafqaz bölgəsində müxtəlifgenişmiqyaslı layihələrin həyata keçirildiyini qeyd etmişdir.

Daha sonra tədbirdə iştirak edən “Azərbaycanın Mədəniyyəti və Tarixinin Araşdırmaları Mərkəzi”nin rəhbəri Dao Xuan Tien Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dünyanın görkəmli siyasətçiləri arasında ön sırada olduğunu xüsusi vurğulayaraq, bu şəxsiyyətin Vyetnamın hərtərəfli inkişafına böyük töhfə verdiyini və bunun heç bir zaman Vyetnam xalqının yaddaşından silinməyəcəyini xüsusi vurğulamışdır.  

Tədbirzamanı “Azərbaycan Güşəsi” rəsmi açılmış, Heydər Əliyevinhəyatı və siyasifəaliyyəti, həmçinin onun şah əsəri olan Azərbaycanın bugünkü sürətli inkişafıbarədə videolar nümayiş etdirilmiş, həmçinin Heydər Əliyevin 1983-cü ildə Vyetnamarəsmisəfərini, Sovet və müstəqil Azərbaycan dövrlərindəki fəaliyyətiniəks etdirən foto-sərgi təşkil olunmuşdur.

Tədbirin sonunda Heydər Əliyev və Azərbaycan barəsində geniş çeşidli kitablar səfirlik tərəfindən kitabxanaya hədiyyə edilmişdir.

növbəti xəbər əvvəlki xəbər