2015-12-09
Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi YAP nümayəndə heyəti Vyetnam Parlamentinin Sədr Müavini Uong Chu Luu ilə görüş keçrimişdir.

Cari ilin 9 dekabr tarixində Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi YAP 

nümayəndə heyəti Vyetnam Parlamentinin Sədr Müavini Uong Chu Luu ilə görüş keçrimişdir.

Görüş zamanı Uong Chu Luu Xəzər dənizi “Günəşli“ yatağında baş verən faciə ilə əlaqədar başsağlığı vermiş və dost Azərbaycan xalqının acısını bölüşdüklərini ifadə etmişdir. O, ölkələrimiz arasında mövcud olan tarixi dostluq və əməkdaşlıq münasibətlərinin son illər daha da inkişaf etdiyini qeyd etmiş və bu xüsusda parlamentlərarası əməkdaşlığın genişləndiyini vurğulamışdır. Uong Chu Luu cari ilin 1 noyabr tarixində Azərbaycanda keçirilmiş parlament seçkilərində Yeni Azərbaycan Partiyasını qələbə münasibətilə təbrik etmişdir.

YAP nümayəndə heyətinin rəhbəri Mübariz Qurbanlı həmsöhbətinə diqqətinə görə təşəkkürünü bildirdi və Azərbaycanın tarixi dostluq münasibətləri olan Vyetnamla əməkdalığın inkişafına böyük önəm verdiyini vurğuladı. O, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün hər iki parlamentdə mövcud olan dostluq qruplarının üzvlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyini bildirmişdir. Mübariz Qurbanlı həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətinə məlumat vermiş və Azərbaycanın haqlı mövqeyinin Vyetnam tərəfindən hərzaman dəstəklənəcəyinə inandığını vurğulamışdır.

 

növbəti xəbər əvvəlki xəbər