2015-12-10
Vyetnamda səfərdə olan Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin üzvü Yap Gənclər Birliyinin Sədri Seymur Orucov Ho Chi Minh Kommunist Gənclər Birliyinin Birinci Katibi Nguyen Dac Vinh ilə görüş keçirmişdir

Cari ilin 10 dekabr tarixində Vyetnamda səfərdə olan Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin üzvü Yap Gənclər Birliyinin Sədri Seymur Orucov Ho Chi Minh Kommunist Gənclər Birliyinin Birinci Katibi Nguyen Dac Vinh ilə görüş keçirmişdir.

Görüş zamanı Seymur Orucov Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, eləcə də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin fəaliyyəti haqqında həmsöhbətinə məlumat vermişdir. O, YAP Gənclər Birliyinin Ho Chi Minh Kommunist Gənclər Birliyi ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirmiş və birliyin nümayəndə heyətini Azərbaycana səfər etməyə dəvət etmişdir.

Nguyen Dac Vinh dəvətə görə təşəkkürünü bildirmiş və gəclər təşkilatları arasında əməkdaşlığın qurulması və inkişafı üçün qarşılıqlı səfərlərin vacibliyini qeyd etmişdir. O, iki ölkə arasında son illər müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdiyini qeyd etmiş və gənclər sahəsində də əməkdaşlığın bundan sonra inkişaf edəcəyinə inandığını bildirmişdir.

Görüşdə həmçinin vyetnamlı tələbələr üçün Azərbaycanda təhsil imkanları barədə fikir mübadiləsi aparılmış və ölkəmizin ali təhsil ocaqları barədə Vyetnam tərəfinə məlumat verilmişdir.

 

növbəti xəbər əvvəlki xəbər